Salam dostlar. Öncəliklə demək istərdimki Motosikl sürənlər 3 əsas hissəyə ayrələr.
1. Tam Həvəskar
2. Xeyir məqsədi ilə
3. Yarı Həvəskar
1. Tam həvəskar nədir?
Tam həvəskar motosikl sürməyin, ona sahib olmağın və ona haqqını layiqincə verməyin və bir nəqliyat vasitəsindən daha çox məna kəsb edən, gecə və ya gündüz fərq etmədən düşünən insandır. Sonu ölüm olsa belə 1 ay, 2 il sürüb sonra həvəsdən düşənlərin əksinə sonuna qədər motiskl heyranı olan şəxsdir.
2. Xeyir məqsədli motosikl həvəskarı əsas olaraq bir vasitə olaraq düşünülə bilər, hansı ki bu motosikl istifadəçisi kuryer işi üçün həmçinin yanacaq ekononiyasını da düşünən şəxsdir. Bu şəxslərin bir çoxu motosikl baxımı barəsində çox da düşünmür və bu halda motosikl ömrü yetənə qədər və yaxud can-dərdi, vacib işdən və kuryer işindən ötrü ona qulluq göstərirlər.
3. Yarım Həvəskar motosikl isə o şəxsə deyilirki həmin şəxs həvəskardır lakin maddi cəhətdən uyğunlaşdıra bilmir.
Ölkəmizdə bildiyiniz kimi motosikl sektoru tanınmış brendlər qalsın bir kənara ələxsus çin malları belə baha qiymətə başa gəlir. İstər motosikl istərsə də ehtiyat hissələri.
Bu 3 hissə tamamı ilə azad fikirlərdir. Bu hissələr özü müvafiq bölmələrə ayrılır. Hansıki motosikl kateqoriyalarında bunu görə bilərik. Heçkimə "gəl tam həvəskar ol" deyə bilmərik. Hərənin öz zövqü öz istəyidir.
Təşəkkürlər
Suala baxanlar (1)
Bütün suallar (15)
Autoelan • Şəxsi Heyət • Moto Mağaza • Məxfilik • Şərtlər • Əlaqə • Haqqımızda
2021 Muğalov Ramin